Saç tökülməsinə nə yaxşı təsir edir?
Saç tökülməsi son dövrün qlobal problemlərindən biridir. Saç tökülməsinin qarşısını almaq üçün müxtəlif təbii və kimyəvi yollar var.
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Saç tökülməsi son dövrün qlobal problemlərindən biridir. Saç tökülməsinin qarşısını almaq üçün müxtəlif təbii və kimyəvi yollar var.
Saç tökülməsi ümumi sağlamlıq problemidir. Saç tökülməsinin arxasında bir çox müxtəlif sağlamlıq problemləri ola bilər. Həm kişilərdə saç tökülməsinin səbəbi, həm də qadınlarda saç tökülməsinin ən çox görülən forması androgenetik alopesiyadır. Androgenetik alopesiya genetik olaraq ötürülür.
Monoksidil (Roqain) – rahatca əldə oluna bilinən bu dərman gündəlik iki dəfə baş dərisinə sürtülür. Bu dərman saçın tökülməsini yavaşladır, və/yada yeni saç tellərinin böyüməsini təşviq eləmək ilə təsir göstərir. 2% və 5%-lik məhlul şəkilində satılır. Bəzən, arzuolunmaz effektləri var, məsələn, baş dərisinin qıcıqlanması və üzə artıq tük çıxması.
Finasterid (Propesia) – bu həkim tərəfindən verilən dərman tabletka şəkilində gündəlik kişilər tərəfindən qəbul olunur. Bu dərman da saçın tökülməsini yavaşladır, yada yeni saç tellərinin böyüməsini təşviq eləmək ilə təsir göstərir. Bəzən, bu dərmanın da arzuolunmaz effektləri var, məsələn, seksual fəallığın azalması, və bəlkə, prostat xərçənginin riskini artırır.